Bank Of Baku

Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb

Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb
# 20 aprel 2007 17:28 (UTC +04:00)
Bu gün 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi (HMK) yaradılıb. HMK-nın bu gün keçirilmiş iclasından sonra bəyanat qəbul edilib. Komitədən APA-ya daxil olan bəyanatda E. Fətullayevin əsassız iddialarla həbs edildiyi bildirilir. Komitə bəyan edir ki, yerli və beynəlxalq ictimaiyyətin jurnalistlərin peşə fəaliyyətinə görə həbs edilməsi praktikasını pislədiyi bir vaxtda, son dövrdə bir-birinin ardınca 5 jurnalistin həbs edilməsi yolverilməzdir.
Qeyd edək ki, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayevanın sədri olduğu komitəyə jurnalistlər, hüquq müdafiəçiləri, millət vəkilləri və siyasətçilər daxildir.
Onu da əlavə edək ki, artıq Müsavat, AXCP, AMİP, Azərbaycan Yolu Siyasi Hərəkatı və digər təşkilatlar E. Fətullayevin həbsilə bağlı bəyanat veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR