Bank Of Baku

Sirus Azadi Demokratik Dünya Azərbaycanlıları Konqresindən istefa verib

Sirus Azadi Demokratik Dünya Azərbaycanlıları Konqresindən istefa verib
# 21 aprel 2007 08:32 (UTC +04:00)
Sirus Azadi Demokratik Dünya Azərbaycanlıları Konqresinin (DDAK) üzvlüyündən istefası ilə bağlı bəyanat yayıb. APA-ya daxil olan bəyanatda DDAK daxilində baş verən son proseslərdən sonra bu təşkilatda fəaliyyət göstərməyin mümkün olmadığını bildirən S. Azadi hesab edir ki, qurum milli maraqlara xidmət etmir. Bəyanatda DDAK-ın rəhbər şəxslər tərəfindən şəxsi prinsiplər və şəxsi mənafeyə uyğun idarə edilən bir təşkilat kimi fəaliyyət göstərdiyi qeyd olunub: “Təəssüflər olsun ki, bu gün də istər DAK, istərsə də DDAK-da “fəal” olan bəzi soydaşlarımız öz köhnə əməllərindən əl çəkmirlər.
DDAK-dan istefa verməyim mücadilə yolumun bitməsi deyil, əksinə daha böyük ruh və inancla bu yola davam edəcəyimə əminlikdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR