Bank Of Baku

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili ATƏT-in Bakı Ofisinin məsul işçisi ilə görüşüb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili ATƏT-in Bakı Ofisinin məsul işçisi ilə görüşüb
# 21 aprel 2007 10:32 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ATƏT-in Bakı Ofisinin Demokratikləşdirmə məsələləri üzrə məsul işçisi, xanım İnqrid Angela Qossingerlə görüşüb. Müvəkkilin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova qonağa Azərbaycanda insan hüquqlarının təmin edilməsi, o cümlədən qadınların seçkilərdə fəal iştirakına nail olmaq üçün birgə tədbirlərin, treninq-seminarların keçirilməsini təklif edib.
İ.A.Qossinger ATƏT-in Bakı Ofisinin müvəkkillə əməkdaşlıqda maraqlı olduğunu deyib. O, təmsil etdiyi qurumun “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiyası üzrə qanunun qəbul edilməsi və Azərbaycan icrası ilə əlaqədar monitorinq qruplarının təşkil olunması, parlamentdə qadın və uşaq problemləri ilə bağlı komissiyanın yaradılması barədə Ombudsmanın təkliflərini dəstəklədiyini bildirib. Qonaq, həmçinin, ATƏT-in Bakı Ofisinin Lənkəranda qadınlar üçün mərkəz yaratmaq təşəbbüsü barədə məlumat verib və Müvəkkilin bu işə dəstək göstərəcəyini inandığını söyləyib, ailədə zorakılıqla bağlı qanun layihəsi üzrə təkliflərini çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR