Bank Of Baku

Qoran Lenmarker: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa müstəqillik vermək niyyətində deyil”

Qoran Lenmarker: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa müstəqillik vermək niyyətində deyil”
# 23 aprel 2007 08:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirlər ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı hesabatda öz əksini tapıb. Müəllif hər üç Cənubi Qafqaz ölkəsinin regionda təhlükəsizlik, azadlıq, demokratiya və inkişafın möhkəm təməlini formalaşdırmalı olduğunu bildirir: “Tərəflərin müharibə çağırışları vəziyyətin gərginləşdirməkdən başqa heç nəyə xidmət etmir. İnteqrasiya proseslərinin getdiyi müasir dünyada işğalçılıq yolverilməzdir. Hesab edirəm ki, Dağlıq Qarabağla Ermənistan və Azərbaycanla Naxçıvan arasında təhlükəsiz əlaqə olmalıdır. Milliyyətindən və hansı azlığın üzvü olmasına asılı olmayaraq hər bir insan özünü təhlükəsiz hiss etməlidir. Məcburi köçkünlərin və qaçqınların problemlərinin bu kontekstdə həlli vacibdir”. Qoran Lenmarker Dağlıq Qarabağın statusunun münaqişənin həlli prosesində əsas məsələ olduğunu bildirib: “Əgər həll prosesi inteqrasiya prinsipinə əsaslansa, o zaman status məsələsini asanlıqla həll etmək olar. Açıq sərhədlər və inteqrasiya olunmuş iqtisadiyyat ərazilərə nəzarət məsələsinin əhəmiyyətini azaltmış olacaq. Dağlıq Qarabağ müstəqil olmaq istəyir, lakin Qafqazda çoxlu sayda azsaylı əhali qrupları var. Beynəlxalq birlik isə onların hamısına, o cümlədən Dağlıq Qarabağa müstəqillik vermək niyyətində deyil. Lakin Dağlıq Qarabağla Ermənistan arasında birbaşa əlaqələrin olması vacibdir. Azərbaycan Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət verməyə hazırdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR