Bank Of Baku

Qoran Lenmarker: “Azərbaycanın bir hissəsi işğal olunub və bir milyona yaxın insan qaçqın həyatı yaşayır”

Qoran Lenmarker: “Azərbaycanın bir hissəsi işğal olunub və bir milyona yaxın insan qaçqın həyatı yaşayır”
# 23 aprel 2007 08:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirlər ATƏT Parlament Assambleyasının prezidenti, isveçli deputat Qoran Lenmarkerin Dağlıq Qarabağ münaqişəsinə dair hazırladığı hesabatda öz əksini tapıb. Hesabat müəllifinin fikrincə, zaman münaqişə tərəflərinin xeyrinə işləmir: “Dağlıq Qarabağ münaqişəsi güc siyasəti və ya ikili standartlar prinsipinə deyil, beynəlxalq hüquq normaları və Avropa dəyərləri əsasında öz həllini tapmalıdır. İnsan hüquqlarına hörmət əsaslanan münaqişələrin həllinə dair Avropa modeli Cənubi Qafqazda münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinə kömək edə bilər. Cənubi Qafqazda münaqişələrin həlli üçün Baltikyanı ölkələrin də təcrübəsindən istifadə etmək mümkündür. Dağlıq Qarabağ münaqişəsi keçmişdən qalan vərəsədir: Uzun illər təcaviz və düşmənçilikdən əziyyət çəkən Azərbaycan və Ermənistan əmin olmalıdırlar ki, tarixi reallıqlar bir daha təkrarlanmayacaq”. Qoran Lenmarker Ermənistanın əsas narahatlığının milli təhlükəsizlik məsələləri ilə bağlı olduğunu deyib: “Osmanlı, Rusiya və SSRİ dövründə topladığı ağır tarixi təcrübə nəticəsində ölkədə təhlükəsizliklə bağlı ciddi təlaş var. Azərbaycana gəldikdə isə, bu ölkəni narahat edən əsas məqam - ədalətsizlikdir. Ölkənin əhəmiyyətli bir hissəsi işğal olunub və milyona yaxın insan qaçqın və məcburi köçkün həyatı yaşayır. Buna görə də azərbaycanlılar özlərini təcavüzün qurbanı hesab edirlər. Tərəflər münaqişənin tarixi əsaslarının olduğunu bildirsə də, onun mahiyyətini fərqli şəkildə interpretasiya edir. Azərbaycan və Ermənistan keçmişdə baş verənlərlə bağlı ümumi ortaq rəyə gəlməlidir. Bu, ədalətin bərqərar olması üçün çox vacibdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR