Bank Of Baku

Canni Bukikkio: “Azərbaycanda icraedici hakimiyyətlə qanunverici hakimiyyət arasında səlahiyyət bölgüsündə balans yaratmaq vacibdir”

Canni Bukikkio: “Azərbaycanda icraedici hakimiyyətlə qanunverici hakimiyyət arasında səlahiyyət bölgüsündə balans yaratmaq vacibdir”
# 23 aprel 2007 08:51 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşına Venesiya Komissiyanın baş katibi Canni Bukikkio verib. O, Azərbaycanda icraedici hakimiyyətlə qanunverici hakimiyyət arasında səlahiyyət bölgüsündə balans yaratmağın vacibliyini vurğulayıb: “Əvvəllər də qeyd etdiyim ki, nə zamansa ölkə Konstitusiyasına yenidən baxış keçirilən zaman hakimiyyətin iki əsas qolu icraedici və qanunverici hakimiyyət arasında tarazlıq yaratmaq lazım gələcək. Bununla yanaşı, fürsət olan kimi hakimiyyətin üçüncü vacib qolu məhkəmə hakimiyyətinin də rolunu unutmamalıyıq. Ədalətli məhkəmə hakimiyyətinin olması vacibdir. Mübahisəli məqamlar olan zaman ədalətli məhkəmə sistemi və ədalətli qərar verən hakimlər olmasa, bu iş adamlarında ölkəyə olan inamı azalda bilər. Qeyd olunan proses isə ölkə iqtisadiyyatına xarici kapital qoyuluşu prosesini zəiflədə, iqtisadi inkişafı ləngidə bilər. Azərbaycanın böyük ehtiyatları var, ölkə iqtisadiyyatına, xüsusilə enerji sektoruna külli-miqdarda sərmayə yatırılıb. Azərbaycan elə ölkədir ki, işlək hüquq dövlətə çevriləcəyi təqdirdə sosial-iqtisadi baxımdan daha da irəli gedə bilər. Bunun üçün hüquqi dövlətin mövcudluğunun, fəaliyyətinin beynəlxalq birlik və sərmayədarlar tərəfindən tanınması vacibdir. Sözsüz ki, hüquqi dövlətin varlığından ilk olaraq faydalanan Azərbaycan xalqı olacaq”. Canni Bukikkio qeyd etdiyi məsələlərlə bağlı Avropa Şurası Parlament Assambleyası və Venesiya Komissiyası arasında koordinasiyaya da aydınlıq gətirib: “Təbii ki, Azərbaycana verdiyimiz tövsiyə və məsləhətlər Avropa Şurası Parlament Assambleyası tərəfindən də tanınır. Xüsusi siyasi çəkiyə malik olan AŞPA monitorinq kimi təzyiq mexanizmi ilə bizim işlərimizin daha da sürətlə getməsinə yardım etmiş olur. Digər tərəfdən tövsiyələrimiz ilk növbədə Azərbaycanın maraqlarına cavab verir. Bunu Azərbaycanda da başa düşürlər və inanıram ki, rəsmi Bakı bizim bir çox tövsiyələrimizi mümkün qədər tez qəbul edəcək və reallaşdıracaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR