Bank Of Baku

Prezident İlham Əliyevin Koreya Respublikasına dövlət səfəri başlayıb

Prezident İlham Əliyevin Koreya Respublikasına dövlət səfəri başlayıb
# 23 aprel 2007 08:52 (UTC +04:00)
APA-nın məlumatına görə, səfər Koreya Respublikasının prezidenti Ro Mu Hyunun dəvəti ilə gerçəkləşir. Üç gün davam edəcək səfərin ilk günü Seulda Koreya-Azərbaycan zirvə görüşü keçiriləcək. Zirvə görüşünə hər iki ölkənin dövlət başçılarının, hökumət üzvlərinin və iş adamlarının qatılması gözlənilir. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələrə dair bir sıra sənədlər imzalanacaq. Qeyd edək ki, Koreya Respublikası prezidenti Ro Mu Hyunun ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 10 hökumətlərarası saziş, o cümlədən Koreya Neft Korporasiyası ilə ARDNŞ arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Dövlət başçısı İlham Əliyev Azərbaycanın müstəqilliyi dövründə Koreya Respublikasına rəsmi səfər edən ilk Azərbaycan prezidentidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR