Bank Of Baku

Mahmudəli Çöhrəqanlı Hüseyn Türkellini məhkəməyə verəcək

Mahmudəli Çöhrəqanlı Hüseyn Türkellini məhkəməyə verəcək
# 23 aprel 2007 08:53 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı deyib. M. Çöhrəqanlı H. Türkellini təşkilatın www.gamoh.org saytından qanunsuz istifadə etməkdə də günahlandırıb: “Bütün hərəkətləri ilə aydın oldu ki, Hüseyn Türkelli və onun ətrafında olan həmin iki nəfərin başqa məqsədləri var. Bu gün Hüseyn Türkelli qurumun saytından öz maraqları üçün istifadə edir. Bu tribunadan istifadə edərək, mənim və təşkilatın yaradıcıları barədə hədyanlar söyləyir. Biz inanıb, saytın istifadəsini ona həvalə etmişdik. Hər bir halda o bu hərəkətlərinə görə cavab verəcək”. M. Çöhrəqanlı www.gamoh.org saytının H. Türkelli tərəfindən qanunsuz istifadəsi ilə bağlı İnternet səhifənin qeydiyyatda olduğu Vaşinqton şəhər Məhkəməsinə müraciət edəcəklərini də qeyd edib: “Bu saytın sənədləri və kodu Hüseyn Türkellidə olsa da, İnternet səhifə hüquqi cəhətdən təşkilata məxsusdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR