Bank Of Baku

Amerika-Azərbaycan Cəmiyyəti Kondoliza Raysa etiraz məktubu göndərib

Amerika-Azərbaycan Cəmiyyəti Kondoliza Raysa etiraz məktubu göndərib
# 23 aprel 2007 08:54 (UTC +04:00)
Amerika-Azərbaycan Cəmiyyəti ABŞ dövlət katibi Kondoliza Raysa etiraz məktubu ünvanlayıb. Təşkilatın prezidenti Tomris Azərinin APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, cəmiyyət Dövlət Departamentinin 2006-cı ildə dünyada insan haqlarının durumu ilə bağlı hesabatında Azərbaycanın ayrılmaz hissəsi olan Qağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi faktının qeyri-müəyyən şəkildə göstərilməsinə etiraz edib. T. Azəri məktubunda Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq təşkilatlar və ABŞ da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun bütün həmsədr ölkələri tərəfindən tanındığını vurğulayıb. O, Dövlət Departamentinin sözçüsü Şon Makkormakın ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə son bəyanatını da xatırladaraq K. Raysdan hesabatın əvvəlki variantında olduğu kimi, "Ermənistan Dağlıq Qarabağ və 7 ətraf rayonu işğal edib” ifadəsinin sənəddə təsbit olunmasını tələb edib. Xatırladaq ki, Dövlət Departamentinin 2006-cı ildə dünyada insan haqlarının vəziyyəti ilə bağlı hesabatına Amerika Erməni Milli Komitəsinin müraciətindən sonra dəyişiklik edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR