Bank Of Baku

Georgi Mandcqaladze: “Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi dair danışıqlar prosesinin uzandığını söyləməyə əsas yoxdur”

Georgi Mandcqaladze: “Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi dair danışıqlar prosesinin uzandığını söyləməyə əsas yoxdur”
# 23 aprel 2007 09:05 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Gürcüstan bürosuna bu ölkənin sərhədlərinin delimitasiya və demarkasiyasına dair komissiyanın sədri, xarici işlər nazirinin müavini Georgi Mandcqaladze verib. Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyasına dair komissiyaların növbəti toplantısının Tiflisdə keçiriləcəyini bildirib: “Toplantının dəqiq tarixini deyə bilmərəm, amma iclasın yaya qədər keçiriləcəyi gözlənilir. Çünki hazırda iclasın keçirilməsi üçün zərurət yoxdur. Qeyd edim ki, Azərbaycanla Gürcüstan arasında 460 kilometr uzunluğunda sərhəd xəttinin 300 kilometrə qədər hissəsi razılaşdırılıb, bu isə ümumi sərhədlərin 70 faizinin razılaşdırılması deməkdir. Yaxın günlərdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla sərhədlərin dəqiqləşdirilməsinə dair məsələləri bir daha müzakirə edəcəyəm”. Georgi Mandcqaladze xarici işlər naziri Gela Bejuaşvilinin iki ölkə arasında fikir ayrılığı olan mübahisəli ərazilərlə bağlı müzakirələrin təxirə salınması barədə fikrini də şərh edib: “Danışıqlar prosesi zamanı biz xəritə üzrə hərəkət edir, razılaşdırılmamış ərazilərlə bağlı müzakirələr aparırıq. Əlbəttə ki, mübahisəli ərazilər mövcuddur. Əgər biz müəyyən müddət ərzində bu ərazilər barədə razılığa gələ bilmiriksə, onda bununla bağlı müzakirələr müəyyən müddətə təxirə salınır. Bu adi proseduradır və burada qeyri-adi heç nə yoxdur”. Georgi Mandcqaladze David Qareci monastırının yerləşdiyi əraziyə azad turizm zonası statusunun verilməsi ilə bağlı təkliflərə münasibət bildirmək istəməyib: “Delimitasiya və demarkasiyaya dair ikitərəfli komissiyanın mandatı texniki məsələləri müzakirə etməklə məhdudlaşır. Komissiyanın tərkibinə tarixi, mədəni və iqtisadi əhəmiyyətli obyektləri müəyyənləşdirmək üçün ekspertlər daxil deyil. David Qareci monastırı ilə bağlı Azərbaycan və Gürcüstan arasında hansısa görüşlər keçirilə bilər, lakin bu məsələ bizim mandatımıza aid deyil”. Gürcüstan xarici işlər nazirinin müavini Ermənistanla sərhədlərin 100 kilometrdən artıq hissəsinin artıq razılaşdırıldığını bildirib: “Sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı Ermənistan və Rusiya ilə də konstruktiv iş aparırıq. Ermənistanla Gürcüstanın 220 kilometr sərhədi var, bunun 45 faizi artıq razılaşdırılıb. Rusiya ilə 900 kilometrlik sərhədin 300 kilometri komissiyalar səviyyəsində, 450 kilometri isə ekspertlər səviyyəsində razılaşdırılıb. Gürcüstanın yalnız Türkiyə ilə sərhədlərin delimitasiya və demarkasiyasına dair müqaviləsi var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR