Bank Of Baku

Xaçmazda qadınların seçkili orqanlarda təmsilçiliyi probleminə həsr edilmiş seminar keçirilib

Xaçmazda qadınların seçkili orqanlarda təmsilçiliyi probleminə həsr edilmiş seminar keçirilib
# 23 aprel 2007 09:18 (UTC +04:00)
Xaçmazda “Milli Məclisə və digər seçkili orqanlara seçkilərdə qadınlara seçki kvotası verilməsi” mövzusunda seminar keçirilib. APA-nın şimal bürosunun məlumatına görə, D. Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və "Avrointeqrasiyaya doğru" İctimai Birliyinin Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə keçirdiyi tədbirə yerli siyasi partiya və QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri qatılıblar. Debatlar zamanı qadınların seçkili orqanlarda təmsilçiliyinə üstünlük verən fikirlər daha ciddi dəstək alıb. Təşkilatçılar belə tədbirlərin Lənkaran, Şamaxı və Gəncədə də keçirildiyini, mövzu ilə bağlı fikirlərin ümumiləşdirilərək, ictimaiyyətə açıqlanacağını qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR