Bank Of Baku

Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya hazırlanır

Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya hazırlanır
# 23 aprel 2007 09:30 (UTC +04:00)
Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya hazırlanır, gələn həftə milli strategiya ilə bağlı ictimai dinləmələr təşkil olunacaq. APA-nın məlumatına görə, bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının katibi İnam Kərimov bildirib. İ. Kərimov deyib ki, Milli Strategiya dövlət komissiyası yanında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yaradılan İşçi Qrup tərəfindən hazırlanır. Onun sözlərinə görə, İşçi Qrupun tərkibinə beynəlxalq qurumların və özəl sektorun nümayəndələri də daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR