Bank Of Baku

Fransadakı azərbaycanlı tələbələr Respublika günü münasibətilə nümayiş keçirəcək

Fransadakı azərbaycanlı tələbələr Respublika günü münasibətilə nümayiş keçirəcək
# 23 aprel 2007 10:46 (UTC +04:00)
Azərbaycan Tələbələrinin Avropa Forumunun yeni təsis olunmuş Strasburq bölməsinin təşəbbüsü ilə mayın 28-də Respublika Günü münasibətilə bu şəhərdə yürüş təşkil olunması planlaşdırılıb. APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, saat 17.00-dan 19.00-a qədər keçirilməsi nəzərdə tutulan kütləvi aksiya üçün icazə alınıb. Yürüş Avropa Şurasının binasından başlayaraq şəhərin əsas küçələrindən keçməklə mərkəzdəki Kafedrala qədər davam edəcək. Aksiya zamanı Azərbaycan milli geyimləri və rəqsləri, milli çalğı alətləri də nümayiş etdiriləcək və milli musiqimizdən nümunələr ifa olunacaq. Bundan başqa, bütün iştirakçılar üzərində Azərbaycan və Fransa ilə bağlı şüarlar yazılmış xüsusi köynəklər geyəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR