Bank Of Baku

YAP rəhbərliyi sabah Qubaya səfər edəcək

YAP rəhbərliyi sabah Qubaya səfər edəcək
# 23 aprel 2007 11:21 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının rəhbərliyi Qubada tapılmış kütləvi məzarlıqla tanış olmaq üçün sabah bu rayona səfərə gedəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə partiyanın icra katibi Əli Əhmədov məlumat verib. Ə. Əhmədov Azərbaycanda olan xarici ölkə səfirliklərinin də bu səfərdə iştirakını arzu etdiklərini bildirib: “Əlbəttə, onların bizim tədbirimizə göstərdikləri münasibət sabahkı yürüşümüzə qoşulacaqları inamını da azaldır. Amma hər halda onlara dəvətnamə göndərmişik ki, bu səfərdə iştirak etsinlər. Dünyada ikili standartların aradan qaldırılması üçün həqiqətin ortaya qoyulmasından təsirli vasitə ola bilməz. Biz də ortada olan həqiqətin hər kəsə çatdırılması üçün çalışırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR