Bank Of Baku

“Qondarma erməni soyqırımı” adlı dəyirmi masa keçirilib

“Qondarma erməni soyqırımı” adlı dəyirmi masa keçirilib
# 23 aprel 2007 11:42 (UTC +04:00)
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi, “Deportasiya” İctimai Birliyi və Heydər Əliyev adına Hərbi Vətənpərvərlik İctimai Birliyi “Qondarma erməni soyqırımı” adlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib ki, 92 ildir ermənilər özlərini soyqırıma məruz qalan millət kimi dünyaya təqdim ediblər. “Əslində isə bu uydurma siyasi xətt dünyanın regionda maraqları olan dövlətlərinin türk dünyasına təzyiq alətidir. 150 il ərzində ermənilər türklərə qarşı kütləvi qırğınlar törədiblər. Təkcə, 1905, 1918, 1948 və 1988-ci illərdə ermənilər tərəfindən törədilən qırğınlar buna sübutdur. Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Qaradağlı, Kərkicahan, Xocalı və başqa Azərbaycan kəndlərində vəhşicəsinə öldürülən müsəlmanların sayı isə minlərlədir. 5 min Azərbaycan vətəndaşı isə itkin düşüb. Bunların böyük hissəsi bu gün də Ermənistanda və ya Dağlıq Qarabağda separatçı ermənilər tərəfindən əsir saxlanılır. Dünya birliyi isə qondarma erməni soyqırımını gündəmə gətirməklə demokratik dəyərlərə zərbə vurur”. “Deportasiya” İctimai Birliyinin sədri Hafiz Teymuroğlu Rusiyanın ermənilərlə bağlı siyasətinə diqqəti yönəldib, Ermənistan dövlətinin də qondarma qurum olduğunu bildirib. Azərbaycan-Türkiyə Tələbələri Birliyinin həmsədri Orqun Ergün tarixi faktlarla “erməni soyqırımı”nın yalan olduğunu və həmin 1915-17-ci illərdə türklərin soyqırıma məruz qaldığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR