Bank Of Baku

“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) icrasının yekunları” mövzusunda dəyirmi masa keçirilib

“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) icrasının yekunları” mövzusunda dəyirmi masa keçirilib
# 23 aprel 2007 12:06 (UTC +04:00)
Bu gün “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) icrasının yekunları” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHt-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin təşəbbüsü ilə keçirilən tədbirdə çıxış edən Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının sədri Ələkbər Məmmədov bildirib ki, tədbirin keçirilməsində məqsəd QHT-lərin korrupsiya ilə bağlı mübarizə tədbirlərinə verdikləri qiyməti diqqətə çatdırmaqdır.
Dəyirmi masada çıxış edən Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının katibi İnam Kərimov dövlət proqramı çərçivəsində görülən işlər barədə məlumat verib, bu proqram çərçivəsində Azərbaycan qanunvericiliyinin Avropa Şurası və BMT standartlarına uyğunlaşdırıldığını, prosesin davam edəcəyini deyib.
İ. Kərimov korrupsiyaya qarşı mübarizə sahəsində milli strategiya layihəsi üzərində iş getdiyini də deyib.
QHT-lərin Məlumat və Əməkdaşlı Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev isə dövlət proqramının yerinə yetirilməsi ilə bağlı apardıqları monitorinqin nəticələrini açıqlayıb. Onun sözlərinə görə, yerinə yetirilməsi nəzərdə tutulan 145 bəndin 54,449%-i icra edilib 17,25 %-i isə icra olunmayıb.
Respublika Prokurorluğunun Korrupsiyaya Qarı Mübarizə İdarəsinin şöbə rəisi Müqqəddəs Sultanov bu sahədə görülən işlər barədə danışarkən vətəndaşların cinayət faktları ilə bağlı onlara az müraciət etdiyini qeyd edib və əhalini bu məsələyə münasibətdə aktiv olmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR