Bank Of Baku

Siyavuş Novruzov: “ABŞ Dövlət Departamentinin hesabatı ilə bağlı NATO Parlament Assambleyasında fikrimi bildirəcəyəm”

Siyavuş Novruzov: “ABŞ Dövlət Departamentinin hesabatı ilə bağlı NATO Parlament Assambleyasında fikrimi bildirəcəyəm”
# 23 aprel 2007 12:22 (UTC +04:00)
“ABŞ Dövlət Departamentinin hesabatında dəyişikliyin edilməsi təəssüf doğurur və Azərbaycan buna kəskin reaksiya verib. Erməni lobbisinin təsiri ilə bu tip proseslərin heç bir effekt verməyəcəyini düşünürəm”. APA-nın məlumatına görə, bu sözləri YAP Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov ABŞ DD-nin hesabatında Dağlıq Qarabağın işğal olunmuş ərazi kimi göstərilməməsinə münasibət bildirərkən deyib. Hesabatın ilkin variantında Dağlıq Qarabağın, istərsə də ətraf rayonların Ermənistan tərəfindən işğal olunması, bu ərazilərin Azərbaycan torpaqları olması ilə bağlı fikirlərin yer aldığını deyən S. Novruzov edilmiş dəyişikliyə etirazını bildirib. Erməni diasporunun 100 illərdir ki, ABŞ-da fəaliyyət göstərdiyini bildirən S. Novruzov Azərbaycan Respublikasından isə orada çox az sayda insanın olduğunu qeyd edib: “ABŞ-dakı azərbaycanlıların əksəriyyəti cənubdandır və onları biznes maraqlandırır. Onlar siyasətə o dərəcədə də maraq göstərmirlər. Orada diaspor fəaliyyətini gücləndirmək lazımdır”. S. Novruzov ABŞ DD-nin hesabatı ilə bağlı NATO-nun Parlament Assambleyasının iclasında da öz fikrini bildirəcəyini qeyd edib.
YAP sədrinin müavini, icra katibi Ə. Əhmədov da hesabata dəyişikliklər edilməsindən təəssüfləndiyini bildirib: “Azərbaycanın müvafiq strukturları bununla bağlı lazımi iş aparmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR