Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı ABŞ-ın vasitəçiliyindən imtina edilməsini istəyir

Qarabağ Azadlıq Təşkilatı ABŞ-ın vasitəçiliyindən imtina edilməsini istəyir
# 23 aprel 2007 12:36 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ Dövlət Departamentinin 2006-cı ildə dünyada insan haqlarının durumu ilə bağlı hesabatına ermənilərin təzyiqi ilə dəyişiklik etməsini pisləyib. QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu addım ABŞ-ın ermənipərəst mövqeyini bir daha göstərir: “Sənədin əvvəlki variantında Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal olunduğu öz əksini tapsa da, Ermənistan hakimiyyəti və erməni lobbisi təzyiqlə bunu dəyişdirərək öz istəklərinə nail olub. ABŞ Dövlət Departamentinin bu addımı rüsvayçılıqdan başqa bir şey deyil. Bu hadisə göstərir ki, ABŞ-ın dövlət strukturları erməni lobbisinin təsiri altındadır və bu dövlət Qarabağ məsələsində yalnız erməni iddialarının yerinə yetirilməsi ilə məşğuldur. ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri - Rusiya və Fransa kimi, ABŞ da açıq şəkildə ermənipərəst mövqeyini nümayiş etdirdi”. Qarabağ Azadlıq Təşkilatı bildirir ki, Qarabağ məsələsinin ədalətli həlli ilə bağlı Minsk Qrupuna, onun həmsədrlərinə ümid etməyin heç bir mənası yoxdur və Azərbaycan ABŞ-ın, ümumiyyətlə, Minsk Qrupu həmsədrlərinin üzdəniraq vasitəçilik missiyasından imtina etməlidir: “Azərbaycan xalqı vasitəçilərə, beynəlxalq təşkilatlara deyil, öz gücünə arxalanmalı və hərbi yolla torpaqlarını işğaldan azad etməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR