Bank Of Baku

Rəbiyyət Aslanova: “Əli İnsanov və Eynulla Fətullayev siyasi məhbus deyil, ola da bilməz”

Rəbiyyət Aslanova: “Əli İnsanov və Eynulla Fətullayev siyasi məhbus deyil, ola da bilməz”
# 23 aprel 2007 12:37 (UTC +04:00)
“Əli İnsanov və Eynulla Fətullayev siyasi məhbus deyil, ola da bilməz. Əli İnsanov o insandır ki, müxalifət qəzetlərində onu daim korrupsioner kimi qiymətləndirirdilər. İndi nədənsə həmin müxalifət qəzetləri ciddi-cəhdlə onun müdafiəsinə qalxıb”. APA-nın məlumatına görə, bunu parlamentin İnsan haqları komissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova bildirib. Siyasi məhbus məsələsinin siyasi alver alətinə çevrildiyini deyən R. Aslanova buna görə də Ə. İnsanovun siyasi məhbus kimi qəbulunu mümkünsüz sayır: “Bu sözləri eynilə Eynulla Fətullayevə də aid etmək olar. Onun da həbsi və məhkəməsi tam qanuni əsaslarla baş verib. O, jurnalistlik fəaliyyətinə görə yox, məhz xocalılıları təhqir etdiyi üçün haqlı olaraq cəzalandırılıb. Ona görə də bu məsələ ətrafında ajiotaj yaratmağa ehtiyac yoxdur”. E. Aslanova E. Fətullayevin hüquqlarının müdafiəsi ilə bağlı komitə yaradılmasına da ehtiyac görmür: “Görəsən, niyə təhqir olunmuş xocalılıların hüquqlarının qorunması ilə bağlı belə bir komitə yaradılmırdı? Mənə elə gəlir ki, xocalılılar tələblərində haqlıdırlar, Eynulla Fətullayev onların şərəf və ləyaqətinə toxunan ifadələr yaxıb. Hər birimizin konstitusion hüququmuz var ki, şərəf və ləyaqətimizin alçaldılmasına yönələn addımın qarşısını hüquqi müstəvidə alaq”. R. Aslanova baş redaktorun həbsinin söz azadlığına təzyiq olmadığını da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR