Bank Of Baku

YAP rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

YAP rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
# 23 aprel 2007 12:38 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. APA-nın məlumatına görə, bu barədə məlumat verən partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, müşavirədə partiyanın rayon və şəhər təşkilatlarında keçirilən növbəti hesabat - seçki konfranslarının yekunları barədə fikir mübadiləsi aparılıb, bütünlükdə kampaniyanın yüksək siyasi fəallıq şəraitində keçdiyi vurğulanıb. S. Novruzov bildirib ki, müşavirədə 2008-ci il prezident seçkilərinə hazırlıqlara da diqqət yetirilib: “Əsas məqsəd ondan ibarətdir ki, məntəqələrdə seçicilərlə işləmək üçün sayı 500-ə qədər olan ərazilərdə bir, 500-dən 1000-ə qədər olanlarda iki, 1000-dən yuxarı olanlarda isə üç partiya fəalı müəyyənləşsin. Biz onlarla treninqlər keçəcəyik. Həmin treninqlərdə Amerikanın müxtəlif institutları da iştirak edəcək. Onlar seçkiyə tam hazırlıqlı insanlar olmalıdırlar ki, seçki prosedurlarını yerinə yetirə bilsinlər”. S. Novruzov hazırda YAP-da seçki planının, onun maddələrinin hazırlanması prosesinin getdiyini də bildirib. Digər tərəfdən, müəyyən şəhər qərargahlarının yaxşı vəziyyətə gətirilməsi, infrastrukturunun qurulması kimi məsələlərin də rayon-şəhər təşkilatlarının qarşısında qoyulduğunu deyən S. Novruzov dünya ölkələrində seçkiyə bir il qalmış bu prosesə hazırlığa startın verildiyini vurğulayıb: “Biz də seçkiyə start vermişik. Seçkilər rəsmi elan olunana qədər bütün sənədləşmə işi, seçicilərlə aparacağımız iş tam hazır olmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR