Bank Of Baku

Gələn ay Andorrada ATƏT Parlament Assambleyasının iqtisadiyyat komissiyasının növbəti iclası keçiriləcək

Gələn ay Andorrada ATƏT Parlament Assambleyasının iqtisadiyyat komissiyasının növbəti iclası keçiriləcək
# 23 aprel 2007 13:08 (UTC +04:00)
Mayın 24-26-da Andorrada ATƏT Parlament Assambleyasının iqtisadiyyat komissiyasının növbəti iclası keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov məlumat verib. Azərbaycan nümayəndə heyətinin bu toplantıya qatılacağını bildirən E. İbrahimov iclasda ATƏT ölkələrinin iqtisadi problemlərinin həlli ilə müzakirələr aparılacaq. İyulun 4-9-u isə Kiyevdə ATƏT-in yay sessiyası keçiriləcək. E. İbrahimov iclasın cari məsələlərində Azərbaycanın iqtisadi uğurları, həmçinin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edəcəyini deyib: “Sessiyada Dağlıq Qarabağ məsələsi hökmən qaldırılacaq. Biz beynəlxalq təşkilatların iclaslarında bütün məsələlərin sonunu məhz Dağlıq Qarabağla bağlayırıq. İqtisadi konfransın özündə də Dağlıq Qarabağla bağlı fikir bildirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR