Bank Of Baku

Xəzər İbrahim: “Danışıqların hazırkı mərhələsində Dağlıq Qarabağın statusu müzakirə olunmur”

Xəzər İbrahim: “Danışıqların hazırkı mərhələsində Dağlıq Qarabağın statusu müzakirə olunmur”
# 23 aprel 2007 13:41 (UTC +04:00)
“Dağlıq Qarabağın statusu məsələsi danışıqların hazırkı mərhələsində müzakirə olunmur”. Bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. Guya danışıqlarda əsas müzakirə mövzusunun Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi olduğu barədə Ermənistanda səslənən fikirlərə münasibət bildirən X. İbrahimin sözlərinə görə, hazırda danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və köçkünlərin doğma yerlərinə qayıtması məsələsi müzakirə olunur: “Danışıqların ikinci mərhələsində isə Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək statusun verilməsi məsələsi müzakirəyə çıxarılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR