Bank Of Baku

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin toplantısı keçirilib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin toplantısı keçirilib
# 23 aprel 2007 13:45 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BAXCP İdarə Heyəti ABŞ Dövlət Departamentindən ikili standartlara son qoymağı, beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağı tələb edib: “ABŞ Dövlət Departamentinin 2006-cı ildə insan haqlarına dair açıqladığı hesabatda Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu şübhə altına alan düzəlişin edilməsi BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələri, Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tanıyan müvafiq sənədləri ilə ziddiyyət təşkil edir və beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. BAXCP İdarə Heyəti ABŞ Dövlət Departamentinin bu addımını işğalçılığı və zorakılığı stimullaşdıran, ikiüzlü hərəkət kimi dəyərləndirir və qətiyyətlə pisləyir”. Toplantıda “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərovun döyülməsi hadisəsi də pislənib və hüquq-mühafizə orqanlarından cinayətkarların tezliklə tapılaraq məsuliyyətə cəlb olunması üçün tədbirlər görülməsi də istənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR