Bank Of Baku

Ruslan Bəşirli mobil telefonla icazəsiz olaraq Əli Kərimli ilə danışdığı üçün “kars”a salınıb

Ruslan Bəşirli mobil telefonla icazəsiz olaraq Əli Kərimli ilə danışdığı üçün “kars”a salınıb
# 23 aprel 2007 13:55 (UTC +04:00)
“Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli saxlandığı I saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində “kars”a salınıb. Bu barədə APA-ya məlumat verən İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib ki, bununla bağlı bu gün cəzaçəkmə müəssisəsində olaraq rəis Ramiz Quliyevlə görüşüb. Həbsxana rəisi deyib ki, R. Bəşirli daxili nizam-intizam qaydalarını pozduğu üçün cəzalandırılıb. E. Behbudovun sözlərinə görə, həbsxana nəzarətçiləri onun üstündə mobil telefon aşkar ediblər. Telefon aşkar olunan zaman R. Bəşirli AXCP sədri Ə. Kərimli ilə danışırmış. E. Behbudov bildirib ki, hərəkat sədri artıq 10 gündür, “kars”dadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR