Bank Of Baku

İranda nəşr edilən daha bir qəzet Azərbaycan türklərini təhqir edib

İranda nəşr edilən daha bir qəzet Azərbaycan türklərini təhqir edib
# 23 aprel 2007 13:55 (UTC +04:00)
Güney Azərbaycan İstiqlal Partiyasının Azərbaycan üzrə araşdırma və mətbuat katibi Sadiq İsabəylinin APA-ya verdiyi məlumata görə, “Tarakan xalanın toyu” başlıqlı yazıda müəllif türkləri tarakana bənzədərək, onların ailə qurmaq adət-ənənəsini lağa qoyub. Yazıda ölüm ayağında olan qoca ata-tarakan öz qızından tez bir zamanda evlənməsini istəyir ki, ölmədən onun toyunu görsün. Müəllif qız-tarakanı Azərbaycan türkləri arasında geniş işlədilən “xalaqızı” adlandırır. “Xalaqızı” atasına tezliklə ailə quracağına söz verir. Lakin ona elçi gələn qəssabın və tacirin deyil, bir siçanın evlilik təklifini qəbul edir və ona ərə gedir.
Qeyd edək ki, 12 may 2006-cı ildə İranda nəşr edilən “İran” qəzetində də Azərbaycan türkləri təhqir edilib və azərbaycanlılar tarakana bənzədilmişdi. Bu yazıdan sonra İranın Azərbaycan şəhərlərində kütləvi etiraz aksiyaları keçirilmiş, hökumət qüvvələri ilə baş vermiş toqquşmalarda bir neçə azərbaycanlı həlak olmuş, yüzlərlə insan isə hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR