Bank Of Baku

Açıq Cəmiyyət Partiyası mayın sonunda Milli Forum keçirmək niyyətindədir

Açıq Cəmiyyət Partiyası mayın sonunda Milli Forum keçirmək niyyətindədir
# 23 aprel 2007 15:10 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Milli Forumun keçirilməsi üçün müxalifətyönlü partiyalarla görüşlərə başlayıb. Bu barədə APA-ya məlumat verən partiyanın sədri Akif Şahbazovun sözlərinə görə, o təkcə müxalifət partiyaları ilə deyil, iqtidaryönlü partiyaların rəhbərləri ilə də görüşlər keçirmək niyyətindədir. Forumun mayın sonuna nəzərdə tutulduğunu deyən A. Şahbazov yaxın günlərdə AXCP və ALP rəhbərliyi ilə də müzakirələr aparacağını deyib: “Biz birinci mərhələdə ümumi məsləhətləşmələrin aparılması və sonra bir sıra partiyalarla ikitərəfli müqavilələrin bağlanmasını düşünürük”. AXCP, ALP, ACP və Müsavatdan ibarət yeni ittifaqın yaradılması ilə bağlı fikirlərə gəldikdə, A. Şahbazov bildirib ki, bu onların istəklərindən biridir: “Amma indiki halda belə ittifaqın yaradılması real görünmür. Çünki sözügedən partiyaların arasında bizdə asılı olmayan problemlər var”. A. Şahbazov ötən həftə forumun keçirilməsi ilə bağlı Müsavat Partiyasına müraciət etdiyini bildirib.
Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya bildirib ki, ACP-nin təklifi ilə bağlı partiya Divanının bugünkü iclasında müzakirələr aparılıb. Müzakirələr nəticəsində partiyalar arasında məsləhətləşmələrin davam etdirilməsi məqsədəuyğun sayılıb: “Biz həmişə müxalifət partiyaları arasında əməkdaşlığın tərəfdarı olmuşuq. Amma ACP-nin təklifləri ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilməsinə ehtiyac var. Çünki bu əməkdaşlıqda konkret məsələlər göstərilməyib. Yəqin ki, məsləhətləşmələr zamanı konkret məsələlər ortaya çıxacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR