Bank Of Baku

ADP seçki komissiyaları formalaşdırılarkən əsas siyasi qüvvələrin balansının təmin olunmasını istəyir

ADP seçki komissiyaları formalaşdırılarkən əsas siyasi qüvvələrin balansının təmin olunmasını istəyir
# 23 aprel 2007 16:05 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrlərinin də iştirakı ilə toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, növbəti qurultaya hazırlıq və Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair partiyanın təklifləri müzakirə edilib. İtimai-siyasi vəziyyətlə bağlı aparılan müzakirələr zamanı AŞ PA-da Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin icra vəziyyətinə dair hesabatın və keçirilən dinləmələrin obyektiv və qərəzsiz olduğu vurğulanıb. ADP seçki komissiyalarının tərkibinin ölkədəki əsas siyasi partiyaların paritet təmsilçiliyi və qarşılıqlı etibara malik olacaq şəkildə formalaşdırılması təklifini irəli sürüb. “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsi də müzakirə edilib və bununla bağlı bəyanat qəbul olunub. Bəyanatda hadisə söz azadlığının pozulması kimi qiymətləndirilib və E. Fətullayevin azadlığa buraxılması tələb edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR