Bank Of Baku

ADP-nin iki rayon təşkilatı Sərdar Cəlaloğlunun partiya sədrliyinə namizədliyini irəli sürüb

ADP-nin iki rayon təşkilatı Sərdar Cəlaloğlunun partiya sədrliyinə namizədliyini irəli sürüb
# 24 aprel 2007 09:34 (UTC +04:00)
Qurultaya hazırlaşan Azərbaycan Demokrat Partiyasının (ADP) 40-dan artıq rayon təşkilatında konfranslar keçirilib. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, konfranslarda 250-dən artıq qurultay nümayəndəsi seçilib. 15 rayon təşkilatında hələlik konfrans keçirilmədiyini bildirən H. Rüstəmov aprelin sonuna kimi bu təşkilatlarda da konfransların baş tutacağını qeyd edib. Sədr müavini qurultayın mayın ortalarında keçiriləcəyini söyləyib. Tədbirin dəqiq vaxtı və yeri isə gələn həftə müəyyənləşəcək. H. Rüstəmov partiyanın seçkili orqanlarına sədrliyə, Ali Məclisə və Mərkəzi Nəzarət Təftiş Komissiyasına namizədlərin irəli sürülməsi prosesinin davam etdiyini də qeyd edib. Bu günə qədər yalnız iki rayon təşkilatı Sərdar Cəlaloğlunun sədrliyə namizədliyini irəli sürüb. Hələlik bu posta alternativ namizədlər yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR