Bank Of Baku

ATƏT-in BAKI Ofisinin 2006-cı il üçün büdcəsi 1 milyon 733 min avro təşkil edib

ATƏT-in BAKI Ofisinin 2006-cı il üçün büdcəsi 1 milyon 733 min avro təşkil edib
# 24 aprel 2007 09:34 (UTC +04:00)
Bu gün ATƏT-in 2006-cı ildə fəaliyyətinə dair illik hesabat dərc olunub. ATƏT-in Vyanadakı mərkəzi ofisindən APA-ya verilən məlumata görə, 112 səhifədən ibarət hesabatda ATƏT-in quruma üzv ölkələrdə missiyalarının fəaliyyəti və ATƏT-in digər beynəlxalq təşkilatlarla əməkdaşlığına dair xronika əks olunub. ATƏT-in baş katibi Mark Pere Brişambonun hazırladığı hesabatda bu il qurumun fəaliyyətində nəzərə çarpan bir sıra pozitiv məqamlar, o cümlədən Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərində baş verən yanğınların səbəblərinin araşdırılması məsələsi öz əksini tapıb. Hesabatın Azərbaycana aid bölməsində bu ölkədə həyata keçirilən proqramlara geniş yer verilib. Hesabatda qeyd olunur ki, ATƏT-in Bakı Ofisi polislərə təlim keçirilməsi məqsədilə üç mərhələli proqram həyata keçirib, bundan başqa söz azadlığına həsr olunmuş iki treninq kursu təşkil olunub. Ötən il ATƏT-in Bakı Ofisi həmçinin Azərbaycanın müxtəlif bölgələrində antikorrupsiya mərkəzləri yaradıb və ölkənin çaylarında ekoloji monitorinq həyata keçirib. Qurumun Bakı Ofisinin 2006-cı ildə həyata keçirdiyi proqramlar sırasında məhkəmə işlərinin, təqsirsizlik prezumpsiyası məsələlərinin, işgəncə faktlarının monitorinqini həyata keçirib, gender, trafikinq mövzularında tədbirlər təşkil edib. Ötən il ATƏT-n Bakı Ofisinin illik büdcəsi 1 milyon 733 min avro olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR