Bank Of Baku

ATƏT-in söz və mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Azərbaycana gəlib

ATƏT-in söz və mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Azərbaycana gəlib
# 24 aprel 2007 09:37 (UTC +04:00)
ATƏT-in Vyanadakı baş ofisindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda aprelin 26-27-də Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir.
Qeyd edək ki, konfransı Azərbaycanın Xarici İşlər Nazirliyi İslam Konfransı Təşkilatı (İKT) ilə birgə keçirəcək, tədbirə 50-dək ölkədən nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri qatılacaq. Konfransda İKT-nin baş katibi Əkmələddin İhsanoğlu, BMT-nin söz və fikir azadlığı üzrə xüsusi nümayəndəsi Ambeyi Liqabo da iştirak edəcək. M. Haraşti səfər çərçivəsində Azərbaycan rəsmiləri, QHT təmsilçiləri və mətbuat nümayəndələri ilə də görüşlər keçirəcək, ölkədə mətbuat və söz azadlığının vəziyyəti ilə bağlı müzakirələr aparacaq. Onu səfərdə ATƏT-in Söz və Mətbuat Azadlığı Ofisinin Qafqaz üzrə mütəxəssisi Anna Karostraitel müşayiət edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR