Bank Of Baku

Heydər Əliyevin doğum günündə Bakıda Gül Bayramı keçiriləcək

Heydər Əliyevin doğum günündə Bakıda Gül Bayramı keçiriləcək
# 24 aprel 2007 09:49 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) mayın 10-da Heydər Əliyevin doğum günündə Gül Bayramı təşkil edəcək. Bu barədə APA-ya məlumat verən Bakı şəhər BŞİH-nin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun sözlərinə görə, tədbirdə paytaxt sakinləri və şəhərimizin qonaqlarının iştirakı nəzərdə tutulub. Gül Bayramında ayrı-ayrı məktəblərin, özfəaliyyət qruplarının, QHT-lərin və şəhər rəhbərliyinə müraciət etmiş şirkətlərin güllə yaradılmış kompozisiyalarının nümayiş olunması nəzərdə tutulur. Z. Ramazanov bildirib ki, hər il olduğu kimi, bu il də günün sonunda bayram tədbiri və atəşfəşanlığın təşkil olunması planlaşdırılır. O, yaxın günlərdə bayramla bağlı tədbirlər planının hazırlanacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR