Bank Of Baku

Milli QHT Forumu dünya ictimaiyyətini Neftçala və Qubada üzə çıxan erməni vəhşiliklərinin sübutlarına qiymət verməyə çağırıb

Milli QHT Forumu dünya ictimaiyyətini Neftçala və Qubada üzə çıxan erməni vəhşiliklərinin sübutlarına qiymət verməyə çağırıb
# 24 aprel 2007 10:04 (UTC +04:00)
Bu gün Milli QHT Forumu (MQF) İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının birgə toplantısı keçirilib. APA-nın xəbərinə görə, iclasda 1918-ci ilin mart ayında erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində törətdiyi soyqırımın sübutu olaraq Quba və Neftçala rayonlarında aşkar edilən kütləvi məzarlıqlarla bağlı müzakirələr aparılıb. Tədbirdə çıxış edən MQF İdarə Heyətinin sədri, hüquqşünas Aydın Kərimov, tarixçi professor Eldar İsmayılov ermənilərin azərbaycanlılara, türklərə, yəhudilərə, ləzgilərə qarşı 1918-ci ildə və başqa dövrlərdə törətdikləri soyqırımlar barədə danışıb, Quba və Neftçalada törədilən kütləvi qırğınlar barədə konkret faktlar sadalayıblar. Tədbirdə qeyd edilib ki, Quba və Neftçalada tapılan kütləvi məzarlıqların ermənilər tərəfindən törədilən qətllərin nəticəsi olduğu şübhə doğurmamalıdır. MQF adından bu məsələ ilə bağlı qəbul edilən bəyanatda qeyd olunur ki, sivil dünya, bütün beynəlxalq təşkilatlar azərbaycanlıların soyqırımı faktlarına, o cümlədən Neftçala və Quba məzarlıqlarında üzə çıxan erməni vəhşiliklərinin inkaredilməz dəlil və sübutlarına biganə qalmamalı, buna tarixi, mənəvi qiymət verməlidir. Bəyanatda bildirilir ki, dünya ictimaiyyəti erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların təkrarlanması təhlükəsi bu gün də ciddi saymalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR