Bank Of Baku

Astanada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycanı Mahmud Məmmədquliyev təmsil edəcək

Astanada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycanı Mahmud Məmmədquliyev təmsil edəcək
# 24 aprel 2007 10:08 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, MDB Xarici İşlər Nazirləri Şurasında 19 məsələ müzakirə olunacaq. Şura üzvləri mayın 25-də Yaltada keçiriləcək MDB hökumət başçıları Şurasının iclasının gündəliyi, xarici işlər nazirlikləri arasında çoxtərəfli məsləhətləşmələr planın 2006-cı ildə icrası və 2007-ci il üçün planın qəbulu, MDB Mədəni Əməkdaşlıq Şurası sədrinin hesabatı, təbii və texnogen xarakterli fövqəladə hallar üzrə dövlətlərarası Şuranın fəaliyyəti, sərhəd və digər xidmətlərin xarici sərhədlərdə böhran vəziyyətlərin yarandığı zaman birgə əməkdaşlığı haqqında Əsasnamənin təsdiq olunması haqqında protokol layihəsi, daxili işlər və daxili qoşunlar orqanları üçün kadrların hazırlanması haqqında saziş layihəsi, Abxaziyada sülhün qorunması üzrə kollektiv qüvvələrin komandanı haqqında, xarici işlər nazirləri Şurasının növbəti iclasının keçirilməsi haqqında və digər məsələlər ətrafında müzakirələr aparacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR