Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti: “Kütləvi aksiyalar üçün ayrılmış yerlərə yenidən baxılması nəzərdə tutulmur”

Bakı şəhər İcra Hakimiyyəti: “Kütləvi aksiyalar üçün ayrılmış yerlərə yenidən baxılması nəzərdə tutulmur”
# 24 aprel 2007 10:18 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov bildirib. Onun sözlərinə görə, bəzi müxalifət partiyalarının bununla razılaşmamasına baxmayaraq, BŞİH-də şəhərin mərkəzində yerləşən meydanları aksiyalar üçün ayırmaqla bağlı müzakirə aparılmır: “Qanuna müvafiq olaraq şəhər rəhbərliyi mitinq və küçə yürüşləri üçün xüsusi yerlər ayırıb və bu qərar qüvvədədir. Həmin yerlərdə hər hansı aksiya keçirmək üçün siyasi və ictimai təşkilatlar qanunla müəyyən olunmuş müddətdə müraciət edib, aksiyalarını keçirə bilər”. Z. Ramazanov bildirib ki, BŞİH-nin qərarına əsasən, Səbayel rayonu ərazisində “Neftçi” İdman Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionu, Nizami rayonunda Bakı Neft Emalı Zavodunun qarşısındakı meydan, Xətai rayonunda Ukrayna meydanı, Suraxanı rayonunda "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin Tofiq İsmayılov adına stadionu mitinq üçün ayrılıb. Küçə yürüşlərinin keçirilməsi üçün isə metronun “Neftçilər” stansiyasının yanından başlayaraq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun qarşısındakı meydana qədər, “Həzi Aslanov” metrostansiyasının yanından başlayaraq Məhəmməd Hadi küçəsindən keçməklə, Ukrayna meydanınadək, Səttar Bəhlulzadə adına meydandan "Neftçi" İdman Sağlamlıq Mərkəzinin stadionunadək ərazilər nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR