Bank Of Baku

Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsini qəbul edib

Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsini qəbul edib
# 24 aprel 2007 11:52 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Luka Lupolini qəbul edib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. E. Süleymanova dövlət müstəqilliyini əldə etdikdən keçən qısa müddət ərzində insan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının müdafiəsinin və həyata keçirilməsinin ölkəmizin prioritet məsələlərindən birinə çevrildiyini, respublikamızda sosial-iqtisadi və hüquqi islahatların aparıldığını vurğulayıb. Ombudsman "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı"nın qəbul edildiyini, bu sənəddə insan alveri və zorakılığa qarşı mübarizə ilə bağlı tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Qonaq təmsil etdiyi qurumun Azərbaycanda jurnalistlərin vəziyyəti, media hüquqlarının müdafiəsi məsələləri ilə maraqlandığını vurğulayaraq, işgüzar nüfuza xələl gətirilməsi, şərəf və ləyaqətin alçaldılmasına görə KİV nümayəndələrinin həbs olunması, onların barəsində cinayət işinin qaldırılması, cinayət məsuliyyətinə cəlb olunmasının yolverilməzliyini deyib. E. Süleymanova media hüquqlarının müdafiəsinin onun diqqətindən yayınmadığını, jurnalistlərə qarşı kobud rəftar və zorakılıq hərəkətləri kimi neqativ halların nəzarətdə saxlandığını nəzərə çatdırıb. Aparat əməkdaşlarının bu günlərdə hücuma məruz qalaraq xəsarət alaraq, Tibbi Kliniki Mərkəzdə müalicə alan jurnalist Üzeyir Cəfərova baş çəkdikləri, hadisəni törədənlərin tezliklə tapılaraq məsuliyyətə cəlb edilməsi və onun tibbi-ekspertizadan keçirilməsi ilə bağlı ombudsmanın daxili işlər nazirinə müraciət etdiyi də diqqətə çatdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR