Bank Of Baku

Piter Semnebi aprelin 26-da Azərbaycana gələcək

Piter Semnebi aprelin 26-da Azərbaycana gələcək
# 24 aprel 2007 12:08 (UTC +04:00)
Bu barədə APA-ya P. Semnebi özü məlumat verib. Xüsusi nümayəndə səfərinin məqsədinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə İslam Konfransı Təşkilatının birgə təşkilatçılığı ilə “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda aprelin 26-27-də Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olduğunu söyləyib. Aprelin 26-da səhər Azərbaycana gələcək P. Semnebi həmin gün axşam Brüsselə qayıdacaq. P. Semnebi onu da vurğulayıb ki, Bakıda olduğu müddətdə Dağlıq Qarabağa səfəri ilə bağlı imkan daxilində Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR