Bank Of Baku

Qubada aşkarlanan kütləvi məzarlıqla bağlı may ayında dövlət komissiyası yaradılacaq

Qubada aşkarlanan kütləvi məzarlıqla bağlı may ayında dövlət komissiyası yaradılacaq
# 24 aprel 2007 12:21 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, Əli Əhmədov jurnalistlərə bildirib ki, kütləvi məzarlıqla bağlı gələn ay xüsusi dövlət komissiyası yaradılacaq. Bu ərazidə xatirə kompleksinin ucaldılmasının nəzərdə tutulduğunu deyən YAP icra katibi dəvət olunmalarına baxmayaraq, bir sıra beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin təmsilçilərinin Qubaya gəlmədiklərini deyib. Bundan narazılığını bildirən Ə. Əhmədov erməni qətliamları ilə bağlı təbliğatı gücləndirməyin, onların törətdiyi soyqırımlar barədə beynəlxalq təşkilatları mütəmadi məlumatlandırmağın vacibliyini deyib. YAP-ın icra katibi mayın 12-də Bakıdakı beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin yenidən Qubaya dəvət olunacaqlarını da söyləyib. Millət vəkili Vahid Əhmədov isə bildirib ki, Qubada aşkarlanan kütləvi məzarlıqla əlaqədar məsələ Milli Məclisdə də müzakirə ediləcək, bununla bağlı beynəlxalq təşkilatlara müraciət göndəriləcək. Etnoqrafiya və arxeologiya institutunun hazırda Qubada kütləvi məzarlıqda təhqiqat aparan məsul əməkdaşı Qəhrəman Ağayev isə kütləvi məzarlıqda basdırılanların xüsusi qəddarlıqla və işgəncələrlə qətlə yetirildiyinin artıq təsdiq olunduğunu bildirib.
Qeyd edək ki, Qubaya səfər edən qrupun tərkibində yalnız Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşı Aişə İnanc olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR