Bank Of Baku

Bütün Qafqazın Şeyxi Quba və Neftçalada kütləvi məzarlıqların aşkarlanması ilə bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edəcək

Bütün Qafqazın Şeyxi Quba və Neftçalada kütləvi məzarlıqların aşkarlanması ilə bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edəcək
# 24 aprel 2007 12:42 (UTC +04:00)
“Quba və Neftçalada kütləvi məzarlıqların aşkarlanması çox maraqlı faktdır. Demək, tarix hələ çox həqiqətləri gizlədir. Biz öz tariximizi yaxşı bilmirik. Ola bilsin ki, bizim öz içimizdə də bu məsələlərin açılmasını istəməyənlər olub”. APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. Şeyx bildirib ki, belə kütləvi məzarlıqların ölkənin müxtəlif regionlarında olması ehtimalı var. A. Paşazadə məsələ ilə bağlı dünya ictimaiyyətinə, o cümlədən Avropa Şurası və İslam Konfransı Təşkilatına müraciət edəcəyini deyib: “Qoy, gəlib ermənilərin azərbaycanlılara qarşı törətdiyi əsl genosidi öz gözləri ilə görsünlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR