Bank Of Baku

Bütün Qafqazın Şeyxi Azərbaycan əsgərinin erməni əsirliyindən azad olunması üçün müraciət edəcək

Bütün Qafqazın Şeyxi Azərbaycan əsgərinin erməni əsirliyindən azad olunması üçün müraciət edəcək
# 24 aprel 2007 13:03 (UTC +04:00)
“Ermənistanda əsirlikdə olan Azərbaycan ordusunun əsgəri Samir Məmmədovun azad edilməsi üçün müraciət etmək fikrindəyəm”. APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. Şeyx bildirib ki, azərbaycanlı hərbi əsirin azad olunması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi müəyyən işlər görür: “Ancaq mən də öz müraciətimi edəcəyəm”. QMİ sədri bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vəhhabilərin qrup halında həbs olunması ilə bağlı məsələyə də toxunub. Şeyxin fikrincə, “Vicdan azadlığı haqqında” qanunu pozanlar dövlət qarşısında cavab verməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR