Bank Of Baku

Səməd Seyidov: “Siyasi məhbus məsələsi Azərbaycanın nüfuzuna zərbə vurmaq üçün süni şəkildə şişirdilmiş məsələdir”

Səməd Seyidov: “Siyasi məhbus məsələsi Azərbaycanın nüfuzuna zərbə vurmaq üçün süni şəkildə şişirdilmiş məsələdir”
# 24 aprel 2007 15:57 (UTC +04:00)
APA-nın məlumatına görə, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiyada Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair hesabatın müzakirə olunduğunu bildirib. Azərbaycanda gedən proseslərin məruzədə ümumilikdə normal əks olunduğunu bildirən S. Seyidov sənəddə tənqidi məqamların da olduğunu vurğulayıb. Nümayəndə heyətinin sədri bildirib ki, sənəddə tənqidi məqamların olmasından narahat olmağa ehtiyac yoxdur: “Çünki Avropa Şurasına məxsus xüsusiyyətlərdən biri məhz neqativ məsələlərə diqqət yetirməkdir”. S. Seyidov məruzədə reallığı əks etdirməyən bəzi məqamların da olduğunu bildirib və nümayəndə heyətinin üzvlərinin bu məqamlara öz münasibətlərini bildirdiklərini qeyd edib. S. Seyidov məruzədə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisi kimi qeyd olunduğunu və Ermənistan nümayəndə heyətinin bu bəndə dəyişiklik üçün xeyli cəhd göstərdiyini deyib: “Amma Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində bu dəyişikliyin qarşısı alındı. Bu isə o deməkdir ki, Avropa Şurasının üzvü olan 47 ölkədən 46-sı Azərbaycanın mövqeyini dəstəkləyir”. S. Seyidov Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin əksəriyyətinin yerinə yetirildiyini də qeyd edib. Həmməruzəçi Andres Herkelin mətbuata verdiyi açıqlamada Azərbaycanda siyasi məhbusların olması ilə bağlı fikrinə münasibət bildirən S. Seyidovun sözlərinə görə, həmməruzəçinin fikri Avropa Şurasının fikri demək deyil: “Siyasi məhbus məsələsi Azərbaycanın nüfuzuna zərbə vurmaq üçün süni şəkildə şişirdilmiş məsələdir. Bu termin Azərbaycana şamil oluna bilməz”. Nümayəndə heyətinin üzvü Əli Hüseynov isə haqqında istintaq prosesi gedən şəxslərin adının hesabata salınmasının zərərli tendensiya olduğunu bildirib: “Hesab edirəm ki, sonrakı proseslərdə bu qeyri-obyektiv tendensiyadan imtina olunmalıdır”. Gültəkin Hacıyeva isə Avropa Şurasının sənədlərində Azərbaycanda yalnız 3 siyasi məhbusun Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun adının olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR