Bank Of Baku

Fəzail Ağamalı Milli Məclisin Nizam-intizam komissiyasına müraciət edib

Fəzail Ağamalı Milli Məclisin Nizam-intizam komissiyasına müraciət edib
# 24 aprel 2007 14:44 (UTC +04:00)
Millət vəkili Fəzail Ağamalı Milli Məclisin Nizam-intizam komissiyasına müraciət edib. Bu barədə APA-ya məlumat verən deputat bildirib ki, buna səbəb komissiyanın onun barəsində çıxardığı “töhmət” qərarı ilə razı olmamasıdır. F. Ağamalı həmkarı Hüseyn Abdullayevlə arasında baş verən insidentə görə günahkar olmadığını bir daha vurğulayaraq, komissiyanın qərarını ədalətsiz adlandırıb. Məsələ ilə bağlı APA-ya açıqlama verən Milli Məclisin Nizam-intizam komissiyasının sədri Ağacan Əbiyev F. Ağamalının müraciətinə baxılacağını deyib. A. Əbiyev, eyni zamanda F. Ağamalı barədə çıxarılan “töhmət” qərarının komissiya üzvləri tərəfindən dəstəkləndiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR