Bank Of Baku

Nazih Qassub Azərbaycanın Yaxın Şərq ölkələrin ilə münasibətlərinin durumuna dair hesabat hazırlayıb

Nazih Qassub Azərbaycanın Yaxın Şərq ölkələrin ilə münasibətlərinin durumuna dair hesabat hazırlayıb
# 24 aprel 2007 15:07 (UTC +04:00)
Azərbaycanın Livanda fəxri konsulu Nazih Qassub mayın ilk yarısında Bakıya gələcək. Bu barədə APA-ya açıqlama verən Nazih Qassub bildirib ki, Bakıya səfəri fevral ayına planlaşdırılsa da, müəyyən səbəblərdən may ayına kimi təxirə salınıb. Nazih Qassub Xarici İşlər Nazirliyinə Azərbaycanla Yaxın Şərq ölkələri arasında münasibətlərin mövcud durumuna dair hesabat təqdim edəcək. Fəxri konsul Azərbaycanın bu il Suriyada, gələn il isə Livanda səfirliyinin açılacağını deyib və hazırda bununla bağlı danışıqların davam etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR