Bank Of Baku

Açıq Cəmiyyət Partiyasının Böyük Quruluş və Ədalət partiyaları ilə ikitərəfli saziş imzalaması üçün ilkin razılıq əldə olunub

Açıq Cəmiyyət Partiyasının Böyük Quruluş və Ədalət partiyaları ilə ikitərəfli saziş imzalaması üçün ilkin razılıq əldə olunub
# 24 aprel 2007 15:28 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) Böyük Quruluş və Ədalət partiyaları ilə ikitərəfli saziş imzalaması üçün ilkin razılıq əldə olunub. Bu barədə APA-ya məlumat verən ACP İdarə Heyətinin üzvü Yaqub Abbasovun sözlərinə görə, partiyalar arasında əməkdaşlığın qurulması məqsədi ilə bu gün Ədalət Partiyasının sədri İlyas İsmayılov və BQP başqanı Fazil Qəzənfəroğlu ilə görüş keçirilib. F. Qəzənfəroğlu partiyalar arasında əməkdaşlıqda heç bir problemin olmadığını bildirib, saziş layihəsinin hazırlanmasını təklif edib. İ. İsmayılov da partiyalar arasında əməkdaşlığa müsbət baxdığını deyib. Lakin o, məsələ ilə bağlı partiya strukturlarında müzakirə apardıqdan sonra qərar verəcəyini bildirib. Y. Abbasov imzalanacaq sazişdə, əsasən, ölkədə demokratik mühitin yaradılması, insan haqlarının qorunması sahəsində birgə addımların atılması ilə bağlı müddəaların əksini tapacağını deyib. O, həmçinin, müxalifət partiyalarının 2008-ci il prezident seçkilərinə hazırlaşmasını da vacib sayıb: “Biz istəyirik ki, 2008-ci il seçkilərində bütün müxalifət partiyaları vahid mövqedən çıxış etsin, bu istiqamətdə mümkün addımları birlikdə atsın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR