Bank Of Baku

BMT-nin söz və fikir azadlığı üzrə məruzəçisi Azərbaycana rəsmi səfərə gəlir

BMT-nin söz və fikir azadlığı üzrə məruzəçisi Azərbaycana rəsmi səfərə gəlir
# 24 aprel 2007 16:12 (UTC +04:00)
BMT-nin söz və fikir azadlığı üzrə məruzəçisi Ambei Liqabo bu gün axşam Azərbaycana rəsmi səfərə gəlir. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, məruzəçinin Bakıya aprelin 22-də gəlməsi nəzərdə tutulsa da, səfər bəzi səbəblərlə əlaqədar ləngiyib. Səfərdə məqsəd “Dözümlülük və qarşılıqlı anlayış” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək, həmçinin Azərbaycanda söz və fikir azadlığının durumunu qiymətləndirməkdir. Qonağın xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Mahmud Məmmədquliyev, ədliyyə, iqtisadi inkişaf, gənclər və idman nazirliklərinin rəhbərləri, yaxud nümayəndələri ilə görüşəcəyi gözlənilir. Görüşlərdə Azərbaycanda vətəndaş və humanitar hüquqların qorunması sahəsində vəziyyət müzakirə olunacaq. A. Liqabonun Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşləri də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR