Bank Of Baku

Ramil Usubov Polşanın Azərbaycandakı səfirini qəbul edib

Ramil Usubov Polşanın Azərbaycandakı səfirini qəbul edib
# 24 aprel 2007 16:17 (UTC +04:00)
Bu gün daxili işlər naziri Ramil Usubov Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı R. Usubov nazirliyin funksiyaları və fəaliyyət istiqamətləri, ötən əsrin sonlarında ölkədə baş verən mürəkkəb ictimai-siyasi proseslər barədə qonağa məlumat verib. O, Azərbaycanın MDB məkanında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutduğunu deyib. R. Usubov Polşanın daxili işlər naziri Yanuş Kaçmarekin Azərbaycana gələn ayın sonunda nəzərdə tutulan səfərinin əlaqələrin dərinləşməsinə töhfə verəcəyini bildirib. Səfir K. Krayevski isə öz növbəsində Azərbaycanda sabitliyin şahidi olduğunu və bu cür təhlükəsiz şəraitdən bütün vətəndaşların, o cümlədən əcnəbi iş adamları və diplomatların bəhrələndiklərini söyləyib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR