Bank Of Baku

Azərbaycan Rusiyaya nota verib

Azərbaycan Rusiyaya nota verib
# 24 aprel 2007 16:30 (UTC +04:00)
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, səfiri qəbul edən xarici işlər nazirinin müavini Araz Əzimov Rusiyanın “RTR” telekanalında yayımlanan “Vesti” proqramında qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı hazırlanan reportaja rəsmi etirazını bildirib. Araz Əzimov səfirin nəzərinə çatdırıb ki, reportajda Naxçıvanın tarixən Azərbaycana məxsusluğu şübhə altına alınıb və bu mövqe Rusiyanın rəsmi mövqeyi ilə fərqlənir. Xarici işlər nazirinin müavini əmin olduğunu bildirib ki, “RTR” telekanalı ilə bir daha separatçılıq meyllərinin təbliğ edən süjetlər yayımlanmayacaq. Daha sonra Araz Əzimov müvafiq notanı Rusiya səfirinə təqdim edib. Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir Vasili İstratov Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini Rusiya tərəfə çatdıracağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR