Bank Of Baku

“Heydər Əliyevin davamlı inkişaf strategiyasında sosial rifah ideyaları” mövzusunda dəyirmi masa keçirilib

“Heydər Əliyevin davamlı inkişaf strategiyasında sosial rifah ideyaları” mövzusunda dəyirmi masa keçirilib
# 25 aprel 2007 11:08 (UTC +04:00)
Sosial Rifah Partiyasının (SRP) təşkilatçılığı ilə Heydər Əliyevin doğum gününün 84 illiyinə həsr olunmuş “Heydər Əliyevin davamlı inkişaf strategiyasında sosial rifah ideyaları” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada partiyanın rəhbərliyi və üzvləri iştirak ediblər. SRP sədri Xanhüseyn Kazımlı bildirib ki, Azərbaycanın hazırkı iqtisadi inkişaf səviyyəsinə çatması H. Əliyevin apardığı siyasətin nəticəsidir. Onun sözlərinə görə, H. Əliyevin ideyalarını dəstəkləyin partiyaların əsas məqsədi bu yolu davam etdirməkdir: “Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda sabitliyin bərpasına çalışıb və buna nail olub. Məhz onun siyasəti nəticəsində xarici investorlar Azərbaycana gəldilər və onların qoyduqları investisiya bu gün əhalinin sosil rifahının yaxşılaşdırılmasına sərf edilir”. Tədbirdə partiya Ali Məclisinin üzvləri mövzu ilə bağlı öz fikirlərini bildiriblər və səslənmiş fikirlər ətrafında müzakirələr aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR