Bank Of Baku

“Azadlıq” bloku Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərini açıqlayıb

“Azadlıq” bloku Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərini açıqlayıb
# 25 aprel 2007 11:26 (UTC +04:00)
“Azadlıq” blokunun Dövlət Quruculuğu və Hüquq Siyasəti Komissiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında hazırladığı qanun layihəsi ilə bağlı bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, komissiyanın sədri Qulamhüseyn Əlibəyli Seçki Məcəlləsinin 33 maddəsinə dəyişiklik edilməsi ilə bağlı təklifləri olduğunu bildirib. Seçki komissiyalarının formalaşdırılması prinsipi ilə bağlı məlumat verən Q. Əlibəyli sonuncu parlament seçkilərində iştirak etmiş siyasi partiyaların namizədlərinin topladıqları ümumi səslərin nəticələrinə görə formalaşdırılmanı təklif etdiklərini bildirib. Onun sözlərinə görə, komissiyalarda 1 faizlik bariyeri aşmış partiyalar təmsil olunmalıdırlar. 2005-ci ildə keçirilmiş parlament seçkilərinin rəsmi nəticələrinə görə AXCP, ALP, Müsavat, ADP və YAP-ın bu bariyeri aşdığını deyən Q. Əlibəyli hesab edir ki, komissiyalarda paritet əsaslarla bu 5 partiya təmsil olunmalıdır. Layihədə həmçinin müşahidəçilərə əlavə hüquqların verilməsi, hərbi hissələrdə məntəqələrin yaradılmaması və hərbçilərin ümumi məntəqələrdə səs verməsi, səsvermənin vəsiqəsi ilə keçirilməsi prosedurunun ləğv olunması, dövlət qulluğunda olan şəxslərin seçki komissiyalarında təmsil olunmaması barədə təkliflər var. Bundan əlavə, MSK sədrinin müavini və katiblərdən birinin müxalifət partiyasının nümayəndəsi olması təklif olunur. Q. Əlibəyli bildirib ki, blokun hazırladığı qanun layihəsi müvafiq dövlət qurumlarına təqdim olunacaq və beynəlxalq təşkilatlarla da mövzu ilə bağlı müzakirələr aparılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR