Bank Of Baku

Azərbaycan Yolu Siyasi Hərəkatı Rusiyanın RTR telekanalına etirazını bildirib

Azərbaycan Yolu Siyasi Hərəkatı Rusiyanın RTR telekanalına etirazını bildirib
# 25 aprel 2007 11:46 (UTC +04:00)
Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) Rusiyanın RTR telekanalının “Vesti” proqramında Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana məxsus ərazilər kimi göstərilməsi ilə bağlı bəyanatla çıxış edib. AYSH-dən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Rusiyanın dövlət telekanalının belə bir veriliş yayımlaması BMT Nizamnaməsinin tələblərinə və beynəlxalq hüququn prinsiplərinə hörmətsizlikdir: “Ermənistanın marağına xidmət edən telereportajın yayımlanması qərəzdən başqa bir şey deyil və Rusiya ilə Azərbaycan arasında iqtisadi və diplomatik münasibətlərin qədim tarixinə də ciddi xələl gətirir”. AYSH RTR telekanalının rəhbərliyindən “Vesti” proqramında təkzib verilməsini, telejurnalistin yanlış informasiyaya görə məsuliyyətə cəlb olunmasını və bundan sonra Azərbaycan dövlətinin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını tələb edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR