Bank Of Baku

Siyavuş Novruzov: “Xocalı faciəsi və Qubada tapılmış insan məzarlıqları ilə bağlı tədbirinə qatılmayan beynəlxalq təşkilatlar bu məsələyə ikili standartlarla yanaşırlar”

Siyavuş Novruzov: “Xocalı faciəsi və Qubada tapılmış insan məzarlıqları ilə bağlı tədbirinə qatılmayan beynəlxalq təşkilatlar bu məsələyə ikili standartlarla yanaşırlar”
# 25 aprel 2007 12:10 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyasının Xocalı faciəsi və Qubada tapılmış insan məzarlıqları ilə bağlı tədbirinə qatılmayan beynəlxalq təşkilatlar, Avropa və ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlərin səfirliklərinin nümayəndələri bir daha bu məsələlərə ikili standartlarla yanaşdıqlarını göstərdilər”. Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, bəzi diplomatik nümayəndəliklərin Dağlıq Qarabağ məsələsinə bu şəkildə yanaşmaları problemin həllinin uzadılmasına xidmət edən amillərdəndir: “Həmin təşkilatlar Azərbaycanda fəaliyyət göstərirsə, onların hər biri obyektiv münasibət göstərməlidirlər. Kiməsə bir sillə vurulanda həmin təşkilatların hamısının nümayəndələri tökülüşüb gəlirsə, bu qədər insanın qətlə yetirib quyulara doldurulmasına bu qədər laqeyd yanaşmamalıdırlar. Əgər laqeydlik varsa, deməli, onlar maraqlı tərəfdirlər. Onlar heç vaxt Azərbaycan həyatında deyə bilməzlər ki, insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR